Ərdoğan haqqında çəkilən qalmaqallı filmin rejissoru həbs olundu (VİDEO, FOTO)
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə hərbi çevrilişdən bəhs edən, prezident Rəcəb Tayyib Ərdoğanın ailəsinin öldürülməsini əks etdirən "Oyanış” filminin rejissoru Əli Avcı həbs olunub.
BAKU.WS-in məlumatına görə, İstanbul polisi FETÖ üzvü olmaqda şübhəli bilinən rejissoru evindən tutub aparıb.
Hazırda Əli Avcının FETÖ ilə hansı əlaqələrinin olduğu araşdırılır.
Xatırladaq ki, "Oyanış” adlı film qalmaqala səbəb olub. Əli Avcı tərəfindən çəkilən filmin anonsunun yayılması istər KİV-də, istərsə də sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Filmin anonsunda göstərilir ki, dövlət çevrilişi edən hərbçilər R.T.Ərdoğanın ailəsini, kürəkənini qətlə yetirilib. Ərdoğan isə namaz qılarkən general onun başına silah dirəyir.
Filmin FETÖ təşkilatının təbliğatı olduğu bildirilir.
BAKU.WS
Oxşar xəbərlər
Türkiyədə qalmaqallı film: Ərdoğanın bütün ailəsini öldürdülər, başına silah dirədilər (VİDEO)
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın həyatından bəhs edən yeni çəkilən "Oyanış” adlı film qalmaqala səbəb olub. BAKU.WS-in məlumatına görə, rejissor Əli...