Ərdoğan FETÖ məktəbləri ilə bağlı tapşırıq verdi: Siyahıda Azərbaycan da var

Ərdoğan FETÖ məktəbləri ilə bağlı tapşırıq verdi: Siyahıda Azərbaycan da var
Siyasət 2823

Türkiyə FETÖ ilə bağlantıda şübhəli bilinən xarici ölkələrdəki məktəbləri yenidən qurur. 

Türkiyə Maarif Vəkfi FETÖ ilə əlaqəsi olan cəmi 688 məktəbin fəaliyyət göstərdiyi 113 ölkədən 11-də yerləşən məktəblərin təhvil-təslim edilməsi üçün razılığa gəlib.

BAKU.WS-nin Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu məqsədlə artıq Somali, Qvineya, Nigeriya olan bütün məktəblərdə və Cerablusda açılan 3 yeni türk məktəbində təlimlərə başlanılıb. 

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə Türkiyə Maarif Vəqfi cumhuriyyətin qurulmasının 100-cü ilində təhsil sahəsində yüksək ixtisaslı, keyfiyyətli, nüfuzlu qurumlarla 7 qitədə faaliyətə başlamağı planlaşdırır.

Maarif Vəqfinin yaxın gələcəkdə ziyarət etməyi planladığı 20 ölkə arasında Azərbaycan da yer alır. Qeyd edək ki, Azərbaycanda FÜTÖ ilə əlaqədə şübhəli bilinən Qafqaz Universiteti fəaliyyətini dayandırıb. Onun yerində Bakı Mühəndislik Universiteti yaradılıb.  

Arzu Mirzəyeva 

BAKU.WS

Oxşar xəbərlər

Qafqaz universiteti FETO-çu universitet elan olundu

Qafqaz universiteti FETO-çu universitet elan olundu

İstanbul Respublika Baş Prokurorluğu Terror və Mütəşəkkil Cinayətlər Bürosu FETO terror təşkilatı ilə əlaqəsi olan universitetlər barəsində iddianamə qəbul edib...

2586 Sosial 12:41 31 yanvar 2017

Son xəbərlər