İraqın Baş nazirinə PUA ilə sui-qəsd cəhdi olub - VİDEO
07
noy
2021
09:45
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İraqın baş naziri Mustafa Əl-Kazıminin Bağdaddakı iqamətgahına silahlı hücum olub.
BAKU.WS xəbər verir ki, bu bərədə o, tvitterdə müraciəti zamanı danışıb.
Baş nazir qeyd edib ki, pilotsuz uçuş aparatı (PUA) vasitəsilə iqamətgaha hücum edilib:
“Allaha şükür, xalqımın arasında yaxşıyam və İraq adına hamını sakitliyə, təmkinli olmağa çağırıram”.
Qeyd edək ki, hadisə zamanı Baş nazirin mühafizə xidmətindən 10 əməkdaşın xəsarət aldığı deyilir.
Oxşar xəbərlər
"Le Figaro": Türkiyə PUA-ları Qarabağda özünü uğurla sübut edib
Türkiyə 10 il ərzində ABŞ, İsrail və Çinlə birlikdə dünyanın aparıcı pilotsuz uçuş aparatları (PUA) istehsalçılarından birinə çevrilib. BAKU.WS "Report"a istina...