İraqda yaşayış binasında partlayış olub, 15 nəfər ölüb

İraqda yaşayış binasında partlayış olub, 15 nəfər ölüb
Siyasət 28

İraqın şimal-şəqrində yerləşən Regional Kürd Milli Muxtariyyəti bölgəsində yaşayış binasında baş verən partlayış nəticəsində azı 15 nəfər ölüb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə İraq KİV-i məlumat yayıb.

Hadisə nəticəsində xeyli insan yaralanıb. Onların dəqiq sayı açıqlanmayıb. Yaralılardan bəzilərinin vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı ehtimal olunur.

Bildirilib ki, təmir işləri aparılan zaman evin damında qazpaylayıcı sistem partlayıb. Nəticədə bina uçub. Hadisə zamanı qonşu evlərə də ziyan dəyib.

Partlayış yerində axtarış-xilasetmə işləri başa çatıb.

Son xəbərlər