İraqda ara qarışdı: Silahlı toqquşmada 20 nəfər öldü - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
İraqın paytaxtı Bağdadda etiraz aksiyaları zamanı 20 nəfər həyatını itirib, 300-dən çox iraqlı yaralanıb.
BAKU.WS xəbər verir ki, bu barədə "əl-Cəzirə" telekanalı məlumat yayıb.
Bildirilir ki, İraqın nüfuzlu din xadimi Müqtəda əl-Sədrin siyasi arenadan getmək barədə qərarından sonra onun tərəfdarları aksiyalar keçirib. Bundan sonra yerli hüquq-mühafizə orqanları ilə nümayişçilər arasında silahlı toqquşmalar qeydə alınıb. Tərəflər əsasən paytaxt Bağdadda silahları qarşıdurmalara giriblər.
Sosial şəbəkədə yayılan kadrlardan məlum olur ki, İraqın parlament binasının qarşısında da silahlı qarşıdurma baş verib.
Bu arada Müqtəda əl-Sədr tərəfdarlarının etirazları ilə baş verən zorakılıqlara son qoyulana qədər aclıq aksiyasına başladığını elan edib.
Oxşar xəbərlər
Müqtəda əl-Sədr siyasi arenadan getdiyini açıqladı
İraqda nüfuzlu din xadimlərindən olan Müqtəda əl-Sədr ölkənin siyasi həyatını tərk etdiyini açıqlayıb. BAKU.WS xəbər verir ki, bu barədə o, öz "Twitter" səhifəs...