İraq İsveç səfirini ölkədən qovdu - YENİLƏNİB - VİDEO

İraq dövləti İsveçin Bağdaddakı səfiri Cessika Svardströmün ölkədən çıxarılması barədə qərar qəbul edib.
Bu barədə İraqın Baş naziri Məhəmməd əs-Sudani bəyanatla çıxış edib.
Bəyanatda, həmçinin, qeyd olunur ki, İraq hökuməti rəsmi Bağdadın Stokholmdakı müvəqqəti işlər vəkilini geri çağırmaq haqqında qərar qəbul edib.//oxu.az
***11:12
Bu yaxınlarda rəsmi Stokholmun razılığı ilə həyata keçirilən Quranın yandırılmasına etiraz edənlər İsveçin Bağdaddakı səfirliyinə hücum ediblər.
BAKU.WS "Reuters"ə istinadən xəbər verir ki, hadisə zamanı səfirlik əməkdaşlarından heç kim xəsarət almayıb.
İsveçin Bağdaddakı diplomatik missiyasının nümayəndələri agentliyin insidentlə bağlı suallarına cavab verməyiblər.
Qeyd edək ki, buna qədər İsveç polisi İraqın ölkədəki səfirliyi yaxınlığında Quranın yandırılmasına icazə verib.
Qalmaqallı aksiya polisin icazəsi ilə iyunun 28-də Stokholmun mərkəzindəki Medborjarplatsen meydanında baş tutub. İraqdan olan 37 yaşlı mühacir Salvan Momika Quranın səhifələrini qopararaq yandırıb. İyulun 19-da Stokholm polisi İraq səfirliyi qarşısında oxşar nümayişin keçirilməsi ilə bağlı müraciəti təmin edib.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...
