İraq Azərbaycana təşəkkür edib

İraq Azərbaycana təşəkkür edib
Siyasət 125

İraq hökuməti İŞİD terror təşkilatının sıralarında döyüşmüş azərbaycanlı ailələrin uşaqlarını geri qaytardığına görə Azərbaycana təşəkkür edib.

BAKU.WS Report-a istinadən xəbər verir ki, bu barədə İraqın Baş nazirinin milli təhlükəsizlik müşaviri Qasım əl-Aracinin Azərbaycanın Bağdaddakı səfiri Nəsir Məmmədovla görüşündə qeyd olunub.

Bildirilib ki, ikitərəfli münasibətlərin müzakirə olunduğu görüşdə tərəflər təhlükəsizlik sahəsində birgə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Görüş zamanı əl-Araci ölkəsinin dialoq və açıq diplomatiya anlayışını mənimsədiyini bildirib və Bağdad hökumətinin dost ölkələrlə əlaqələrini gücləndirmək istədiyini qeyd edib.

Son xəbərlər