İranlı reper haqqında edam hökmü çıxarılıb
Yeniliklərdən dərhal xəbərdar olun
İranlı rep ifaçısı Tumac Salihi haqqında ölüm hökmü çıxarılıb.
BAKU.WS TRT haber-ə istinadən xəbər verir ki, buna səbəb 2022-ci ilin sentyabrında başlayan və təxminən 4 aya yaxın davam edən etiraz aksiyaları olub. Belə ki, reper etirazları təşkil etməkdə günahlandırılır.
Bir müddət əvvəl onun haqqında ölüm hökmü çıxarılsa da sonradan Ali Məhkəmənin hökmü ilə cəzasının həbslə əvəz edildiyi bildirilmişdi. Lakin reper yenidən ölümə məhkum edilib.
İranın məhkəmə orqanları hələlik məsələ ilə bağlı açıqlama verməyib.
Rep müğənnisi Salihi 2022-ci ilin sentyabrında başlayan və Mahsa Eminin polis nəzarətində ölməsindən sonra təxminən 4 ay davam edən nümayişlər zamanı etirazlara qatılıb və aksiyaları dəstəkləyən açıqlamalar verib.
İran rəsmiləri daha sonra Salehinin ölkədən qaçmaq istəyərkən saxlanıldığını açıqlayıb və iranlı müğənninin gözləri bağlı və dediklərinə görə üzr istəyən şəkli ölkə mətbuatında dərc olunub. Ailəsi və əleyhdarları Salehinin həbsxanada işgəncələrə məruz qaldığını və günahını etiraf etməyə məcbur edildiyini iddia ediblər.
Oxşar xəbərlər
İranda “Bəluç soyqırımı” yenidən gündəm oldu - VİDEO
Avqustun 2-dən etibarən “Twitter”in İran seqmentində “Bəluç soyqırımı” həştəqi ilə kütləvi paylaşımlara başlanılıb. Aksiyaya səbəb iyulun 30 və 31-də, yəni 48 s...