İranlı məhbusun ailəsinə mesajı: "Hər an boynumda kəndir hiss edirəm" - FOTO

İranlı məhbusun ailəsinə mesajı: Hər an boynumda kəndir hiss edirəm - FOTO
Siyasət 40

İranda edam cəzasına məhkum edilmiş etirazçı gənc Məhəmməd Qubadlu həbsxanadan ailəsinə göndərdiyi məktubda edam ediləcəyindən daim narahat olduğunu və hökmün icrası üçün təkadamlıq kameraya köçürülməsini hər an gözlədiyini bildirib.

Bu barədə "Azad İran" teleqram kanalı məlumat verib.

Məhkumun anası Məsumə Əhmədi oğlunun halallıq istəmək üçün anasına göndərdiyi məktubunu dərc edib:

"Hər an boynumda kəndir hiss edirəm. Edam üçün adımın çağırılacağına hazıram".

Xatırladaq ki, o, ötən il kütləvi etirazlarda "bir polisi maşınla vurmaq və etirazların genişlənməsində iştirak etmək" ittihamları ilə ölüm cəzasına məhkum edilib.

Son xəbərlər