İranla Əfqanıstan arasındakı bütün sərhəd məntəqələri açıqdır
Yeniliklərdən dərhal xəbərdar olun
İran-Əfqanıstan sərhədindəki bütün keçid məntəqələri açıqdır və işlək vəziyyətdədir.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu İran gömrüyünün rəsmi nümayəndəsi Seyid Ruhullah Lətifi bildirib.
“Milak sərhəd-keçid məntəqəsi də daxil olmaqla Əfqanıstanla bütün sərhəd məntəqələri açıqdır, iki ölkə arasında ticarət sərhəd məntəqələri vasitəsi ilə həyata keçirilir”, Seyid Ruhullah deyib.
Avqustun 10-da İran-Əfqanıstan Ticarət Palatasının rəhbəri Hüseyn Səlimi Əfqanıstanda təhlükəsizlik vəziyyətinin pisləşməsi fonunda iki ölkə arasında ticarətin tamamilə dayandırıldığını söyləmişdi.
Oxşar xəbərlər
İran həyasızcasına ermənilərlə iş qurduğunu elan edir: Bakı Tehrana güzəştə getməyəcək!
Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində ona dəstək olanları da, arxasınca məkrli planlar quranları da gördü. Çox təəssüf ki, ikincilərin sırasında milyon...