İranın yeni prezidentinin andiçmə mərasiminin vaxtı məlum olub

İranın yeni prezidentinin andiçmə mərasiminin vaxtı məlum olub
Siyasət 66

Ötən həftə İranın 9-cu prezidenti seçilən Məsud Pezeşkiyanın andiçmə mərasimi iyulun 30-da baş tutacaq.

BAKU.WS "Qazeta.ru"ya istinadən xəbər verir ki, bunu İran parlamentinin Rəyasət Heyətinin üzvü Müctəba Yusefi deyib.

Qeyd edək ki, ötən bazar günü İranın seçki komissiyasının rəhbəri Möhsün Eslami İranda keçirilən növbədənkənar prezident seçkilərinin ikinci turunda islahatçı siyasətçi Məsud Pezeşkiyanın qalib gəldiyini açıqlayıb. Siyasətçi 16,3 milyondan çox səs toplayıb. Eslaminin sözlərinə görə, seçicilərin 49,8%-i iştirak edib.

Son xəbərlər