İranın Azərbaycandakı səfiri: “Ağdam Xirosimaya bənzədilir, bu, həqiqətdir”
Yeniliklərdən dərhal xəbərdar olun
“Mən çox təəssüf edirəm ki, bu cür cənnət yerlər viranəyə çevrilib”.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Ağdamda səfərdə olan İranın Azərbaycandakı səfiri Seyyid Abbas Musəvi bildirib.
Səfir deyib ki, Ağdamda hər şey dağıdılıb: “Ağdam hazırda Xirosimaya bənzədilir, bu, həqiqətdir. Arzulayıram ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ağdam yenidən qurulsun, gözəl binalar tikilsin. İran da bu ərazilərdə abadlıq işlərində iştirak etməkdə maraqlı olduğunu bəyan edib”.
S. A. Musəvi qeyd edib ki, Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, İran-Azərbaycan sərhədi dostluq sərhədidir: “İnşaallah, Azərbaycan və İran əl-ələ verərək bu torpaqları abad edəcək”.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan səfərindən görüntülər - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngil...