İranın Ali Liderinin nümayəndəsi Azərbaycanı təbrik edib

İranın Ali Liderinin nümayəndəsi Azərbaycanı təbrik edib
Siyasət 580

Azərbaycanın ərazilərinin işğaldan azad edilməsi münasibəti ilə Azərbaycan xalqını təbrik edirəm.

BAKU.WS Trend-ə istinadla xəbər verir ki, bu, İranın Ali Liderinin Ərdəbil vilayətindəki nümayəndəsi Seyid Həsən Amilinin bəyanatında qeyd olunur.

S.H.Amilinin sözlərinə görə, Azərbaycan xalqı sübut etdi ki, işğalçılıq daim davam etməyəcək.

İranın Ali Liderinin nümayəndəsi Allahdan şəhidlərə rəhmət, yaralılara şəfa diləyib və şəhid ailələrinə başsağlığı verib.

Son xəbərlər