İrandakı seçki nə dərəcədə demokratikdir?
Seyid İbrahim Rəisi və onu müşayiət edən rəsmilərin helikopter qəzasında həyatını itirməsindən sonra bütün diqqətlər İrana yönəlib.
Baku TV-də mövzu ilə bağlı süjet yayımlanıb.
Hazırda İranda növbədənkənar prezident seçkisi ərəfəsidir. Bu dəfə İrandakı seçkini bir məqam xüsusilə diqqət mərkəzinə gətirib. Təbrizdən olan Azərbaycan türkü Məsud Pezeşkianın namizədliyi və onun seçkidə favorit olması.
Bu məqamda belə bir sual ortaya çıxır.
İranda Azərbaycan türkü prezident ola bilərmi?
Baku TV-nin departament rəhbəri Turan İbrahimov, Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan və "Turan" hərəkatı başqanı Cahandar Bayoğlu mövzunu şərh edərək bu suala aydınlıq gətiriblər.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...