İranda prezident seçkilərində namizədlərin qeydiyyatı başa çatıb
03
iyn
2024
20:05
İranda prezident seçkilərində iştirak etmək üçün 22 namizəd qeydiyyatdan keçib.
“Report” “Mehr”ə istinadən xəbər verir ki, bu barədə İran Seçki Komissiyasının nümayəndəsi Məhəmməd İslami məlumat verib.
“Seçki Komissiyası 86 iddiaçının müraciətinə baxıb, onlardan 22-si qeydə alınıb”, - o deyib.
M.İslami qeyd edib ki, qeydiyyatdan keçənlərdən 21-i kişi, 1-i qadındır.
O xatırladıb ki, bazar ertəsi qeydiyyatın son günü olub, qeydiyyat yerli vaxtla saat 18:00-da başa çatıb və qeydiyyat müddəti uzadılmayacaq.
Oxşar xəbərlər
İranda ilk dəfə olaraq qadın ölkənin prezident seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçib
Zöhrə İlahian ölkədə keçiriləcək prezident seçkilərində iştirak etmək üçün sənədləri təqdim edən və namizəd kimi qeydə alınan ilk iranlı qadın olub. BAKU.WS rep...