İranda nüfuzlu ayətullah qətlə yetirildi
Yeniliklərdən dərhal xəbərdar olun
İran Dini Ekspertlər Şurasının üzvü ayətullah Abbas Əli Süleymani Babülsər şəhərində silahlı hücum zamanı öldürülüb.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Mazandaran əyaləti siyasi təhlükəsizlik üzrə idarə rəisinin müavini Ruhulla Selaqi məlumat verib.
Onun sözlərinə görə, aprelin 26-da səhər saatlarında ayətullah Süleymaniyə silahlı hücum olub. O bildirib ki, hücum törədən şəxs saxlanılıb.
Abbas Əli Süleymani Sistan-Bəlucistan əyalətini Dini Ekspertlər Şurasında təmsil edirdi.
O, əvvəllər İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin Sistan-Bəlucistan üzrə nümayəndəsi olub.
Oxşar xəbərlər
İranda azadlıq hərəkatının 100-cü günü: fəallar geri çəkilmir, rejimin qəddarlığı artıb - FOTO
İranda rejimin tətbiq etdiyi hicab qaydalarına qarşı keçirilən etiraz aksiyalarının başlamasından 100 gün ötür. BAKU.WS report-a istinadən xəbər verir ki, etira...