İranda məktəb və universitetlər iki günlük bağlandı
Yeniliklərdən dərhal xəbərdar olun
İranın böyük əyalətlərində havanın çirkliliyi səbəbindən təhsil ocaqlarında iki günlük tətil elan olunub.
BAKU.WS xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
Məlumata görə, hazırda Tehran, Elborz, Qəzvin, İsfahan və digər əyalətlərdə hava çirkliliyi yüksək səviyyədədir.
Tehran Hava Keyfiyyətinə Nəzarət Şirkətinin məlumatına görə, paytaxtda incə hissəciklərin səviyyəsi hər kubmetr üçün havada 173 mikroqram təşkil edib. Bu rəqəm havanın hər kubmetri üçün 60 mikroqram olan 24 saatlıq müəyyən edilmiş həddən az qala üç dəfə çoxdur.
Qeyd edək ki, havanın temperaturunun aşağı düşməsi son günlər İranın böyük şəhərlərində çirklənməni daha da artırıb.
Bunun nəticəsində bir neçə əyalətlərdə universitet və məktəblər çərşənbə və cümə axşamı günləri bağlı olacaq.
Oxşar xəbərlər
İranda nə baş verir? - Etirazlar şiddətlənir - VİDEO
Son günlər İranda iğtişaşlar səngimir. BAKU.WS xarici KİV-lərə istinadən xəbər verir ki, hadisələrə ilkin səbəb 22 yaşlı Məhsa Əmininin məcburi çadra qaydaların...