İranda hərbi təyyarə qəzaya uğradı - VİDEO
16
dek
2023
23:18
İranın Kazerun şəhəri yaxınlığında Su-22 hərbi təyyarəsi qəzaya uğrayıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, qəzaya texniki nasazlığın səbəb olduğu bildirilir.
Öz növbəsində İranın Fars əyalətinin hava limanlarının direktoru təyyarənin təlim təyyarəsi olduğunu və qəza nəticəsində xəsarət alanın olmadığını təsdiqləyib.
Həmçinin İran İslam İnqilabı Keşikçiləri Korpusunun Kazerun şəhərindəki nümayəndəsi bildirib ki, hərbi təyyarənin pilotu qəzadan əvvəl katapult etməyə müvəffəq olub.
Hazırda pilotun səhhəti yaxşıdır və xəstəxanadadır.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mər...