İranda hakim dairələrin xalça oğurluğu üzə çıxıb - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Son üç həftədə İranda ölkənin mədəni irsinin talan edilməsi ilə bağlı ciddi qalmaqal yaşanır.
Belə ki, Qacarlar dövründə tikilən, Pəhləvilər dönəmində daha da genişləndirilən və sülalə üzvlərinin yaşayış yeri kimi istifadə olunan Sədabad saray kompleksindəki “Hafiziyyə” binasından 48 ədəd bahalı xalça yoxa çıxıb.
Hadisə barədə xəbərlər ziddiyyətlidir. Deyilənə görə, onları yük maşınına yığaraq aparıblar.Qeyd edək ki, “Hafiziyyə” binası bütünlüklə İslam İnqilabının Keşikçiləri Korpusu, yəni Sepah tərəfindən qorunur. 48 nəfis xalçanın yoxa çıxması barədə ilk xəbərlərdən sonra fakt, nəhayət, təsdiqlənib, lakin bu barədə başqa heç nə aydın deyil. Onları Sədabad kompleksinin prezident administrasiyasının ixtiyarında olan və əsasən xarici qonaqların qəbulu üçün istifadə edilən “Hafiziyyə” binasından kimin və ya kimlərin götürdüyü və həmin xalçaların hara aparıldığı məlum deyil. Hətta onların yoxa çıxma vaxtı da dəqiq bilinmir.
“Azad İran” “Youtube” kanalının mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...