İran və Rusiya qarşılıqlı ticarətdə dollarla hesablaşmalardan imtina etməyi planlaşdırır
Yeniliklərdən dərhal xəbərdar olun
İran və Rusiya qarşılıqlı ticarətdə dollar və avro ilə hesablaşmalardan imtina etməyi planlaşdırır.
BAKU.WS "report"a istinadən xəbər verir ki, bunu İran Mərkəzi Bankının rəhbəri Əli Salehabadi Rusiyaya səfərindən sonra keçirdiyi brifinqdə deyib.
O vurğulayıb ki, Rusiya rəsmiləri ilə aparılan danışıqlar çərçivəsində əlaqələrin davamlı şəkildə genişləndirilməsi üçün maliyyə-bank bazasının hazırlanmasına dair razılıq əldə olunub.
Onun sözlərinə görə, Tehran və Moskva tezliklə ticarət əməliyyatlarında milli valyutada hesablaşmalara keçəcəklər.
A.Salehabadi əmin olduğunu bildirib ki, həm İran, həm də Rusiya sazişlərin müsbət nəticələrini hiss edəcəklər.
İran nümayəndə heyəti Rusiya paytaxtına iki günlük səfər çərçivəsində baş nazirin müavini Aleksandr Novak tərəfindən qəbul edilib.
Oxşar xəbərlər
Rəisinin erməni spikerlə görüşündəki bəyanatı: İranın klassik yanaşması niyə özünü doğrultmur? - TƏHLİL
Ermənistan parlamentinin sədri Alen Robert Simonyan İrana səfər etdi, o, Prezident İbrahim Rəisi də daxil olmaqla bir sıra yüksək vəzifəli şəxslərlə görüş keçir...