İran və Qətər XİN başçıları Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Yeniliklərdən dərhal xəbərdar olun
Şeyx Məhəmməd bin Abdel Rəhman Əl Tani İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Kani ilə danışıb.
“Report” xəbər verir ki, bu barədə Qətərin dövlət xəbər agentliyi QNA məlumat yayıb.
Qeyd olunub ki, diplomatlar regionda baş verənlərlə bağlı fikir mübadiləsi aparmaqla yanaşı, ikitərəfli əməkdaşlığın perspektivləri barədə də danışıblar.
Tərəflər Yaxın Şərqdə müharibəyə son qoymaq üçün birgə vasitəçilik səylərinə də nəzərdən keçiriblər.
Diplomatlar davam edən gərginliyin azaldılması və regionda sülhün bərqərar olmasının vacibliyini vurğulayıblar.
Oxşar xəbərlər
Bayden dörd ölkənin liderilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
ABŞ prezidenti Co Bayden Böyük Britaniyanın Baş naziri Kir Starmer , Almaniya kansleri Olaf Şolts, İtaliyanın Baş naziri Corca Meloni və Fransa lideri Emmanuel...