İran Ukrayna təyyarəsini təsadüfən vurduğunu etiraf etdi
İran “Boeing 737-800” təyyarəsinin qəzaya uğramasının səbəbini açıqlayıb.
BAKU.WS ria.ru-ya istinadən xəbər verir ki, bu barədə “Associated Press” agentliyi İran hökumətinə istinadən məlumat yayıb.
Məlumatda qeyd edilir ki, layner təsadüfən vurulub və bu qəsdən edilməyib. İran hakimiyyəti qəzanın səbəbini insan amili ilə əlaqələndirib.
Bu barədə İrаnın Xаrici İşlər Nаzirliyinin başçısı Məhəmməd Cavad Zərif özünün “Twitter”dəki səhifəsində bunları yazıb:
"Kədərli gün. Silahlı Qüvvələrin daxili araşdırmasının ilkin nəticələrinə əsasən ABŞ-ın avantürizmi ilə təxribat edilmiş böhran dövründə insan səhvi qəzaya gətirib çıxardı".
Oxşar xəbərlər
İranda Ukrayna təyyarəsinin vurulma görüntüləri - ANBAAN VİDEO
Bir neçə gün bundan əvvəl İranda qəzaya düşdüyü deyildiyi “Ukrayna Beynəlxalq Hava Yolları”na məxsus sərnişin təyyarəsinin vurulma anının görüntüləri yayılıb. B...