İran siyasətinin sirli fiquru: Sərdar Vəhid kimdir?

Dünya mətbuatı İranda prezident seçkisinin mümkün ssenarilərini müzakirə etdiyi bir zamanda hələ təsdiqlənməmiş namizədlərdən birinin ətrafında baş verən qalmaqal diqqəti özünə yönəldib.
"Azad İran" "YouTube" kanalı mövzu ilə bağlı süjet hazırlayıb.
Söhbət uzun illər ölkənin ali rəhbəri Ayətullah Əli Xameneyininin ofisində mühüm bir vəzifə - xüsusi işlər üzrə müavin postunu tutan Vəhid Həqqaniyandan (Sərdar Vəhid) gedir. Əslində İran siyasi mühitinin sirli və pərdəarxası fiqurlarından biri sayılan, Xameneyinin sağ əli, onun oğlu Müctəbanın yaxın adamı kimi tanınan bu şəxsin birdən-birə kölgədən çıxaraq ölkənin ikinci postuna iddia etməsi özü-özlüyündə gözlənilməz bir hadisə olub. Təsadüfi deyil ki, nüfuzlu İran saytlarından biri onun prezidentliyinə namizəd olmasını "şok olay" kimi dəyərləndirib.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...
