İran bu dəfə İrəvan şəhərində yerləşən Göy məscidə "sahib çıxdı"
Yeniliklərdən dərhal xəbərdar olun
İranın Azərbaycana məxsus dini abidələri İran-Fars mədəniyyətinin nümunəsi kimi təqdim etməsi davam edir.
BAKU.WS xəbər verir ki, Ermənistanda səfərdə olan Azərbaycan Milli Məclisinin deputatları Tahir Mirkişili və Soltan Məmmədov paytaxt İrəvanda Göy məscidi ziyarət ediblər. T.Mirkişili feysbuk səhifəsində məsciddən fotolar paylaşaraq bunları qeyd edib:
"Divarlarında başqa dövlətə aid yazılar olsa da, amma divarları, arxitekturası, ruhu sırf bizə aiddir. Biz bu doğmalığı hiss etdik, inanıram ki, məscid də. İnanırıq ki, bu məsciddə əsl sahibləri tezliklə öz dualarını edəcəklər. Azərbaycanlıların duaları isə daim xeyirxah olur və yekunda da qəbul olunur!"
İran səfirliyinin isə deputatımızın bu paylaşımına cavabı gecikməyib. Belə ki, İranın Ermənistandakı səfirliyi bugünkü olaylara eyham edərək qədim Azərbaycan məscidi ilə bağlı paylaşımında bildirir:
"İran incəsənətinin simvolu olan Göy məscid son 30 ildə Ermənistanda yaşayan müsəlmanların ibadət yeri və turistik məkan kimi yenidən fəaliyyətə başlayıb. Sevindirici haldır ki, onun çoxəsrlik fars epiqrafiyası qorunub saxlanıb. Onları kim oxuya bilər?"
Qeyd edək ki, bu, Göy məscidə "sahib çıxan" İranın Azərbaycana məxsus dini abidəni "özünküləşdirməsi" ilə bağlı ilk hal deyil. Belə ki, erməni işğalı zamanı İrana məxsus “Part Saman Cahan” şirkəti erməni separatçıları ilə razılaşaraq Şuşanın Yuxarı Gövhər Ağa məscidində təmir-bərpa işləri aparmışdı. Bu addım da Azərbaycan xalqının mədəni-dini mirasına qarşı yönəldilmiş hərəkətlərin davamı kimi qiymətləndirilir.
İrəvan şəhərindəki Göy məscid, Şuşa şəhərindəki Yuxarı Gövhər ağa məscidini dağıtmadan saxlayıb, tarixi-dini abidələrimizə hörmətlə yanaşdıqlarını əyani göstərmək istəyən Ermənistan bu iki məscidi təmir etməklə oradakı Azərbaycan izlərini də itirib.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...