İran islam dəyərlərinə dəyər verən ölkədirsə, niyə Xocalı soyqırımını törədən caniləri bağrına basır?
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanı müttəfiqi, yaxın dostu və qardaşı hesab edən İran Azərbaycanın yaratdığı reallıqla barışmaq istəmir, ölkəmizin regionda və bütövlükdə beynəlxalq münasibətlər sistemində artan gücünü və nüfuzunu həzm edə bilmir. Çünki Azərbaycan Ermənistandan fərqli olaraq heç bir aktorun əlində alət deyil, özü müstəqil siyasət yürüdür. Bu baxımdan da İran çirkli oyunlara əl atır, mətbuatında Azərbaycan haqqında təhqiredici və təxribatçı ifadələr dövriyyəyə buraxılır, dərc etdirilir. Son vaxtlar İran mətbuatında Azərbaycan əleyhinə yazıların sayı əhəmiyyətli dərəcədə artıb. İranın əsas dərdi Zəngəzur dəhlizidir ki, nə olur olsun bu məsələ reallaşmasın.
İran daxildəki xaosu səngidə bilmədikcə Azərbaycana qarşı saplamış olduğu baltanı daha da kəsərli etməyə çalışır, qonşusunun sevincini bölüşə bilməyən bu dövlət elə hey fürsət axtarır ki, Azərbaycanı arxadan vursun. Əslində isə bu tendensiya yeni deyil.
Özünü regionda İslam dininin təəssübkeşi kimi aparan, bütövlükdə isə İslam aləminə liderlik iddiasını hər an qabardan bu dövlət 30 illik işğal zamanı müsəlman dəyərlərini heçə saydı. Ənənəvi İran-Ermənistan biznes forumları, müştərək layihələri ilə münasibətlərini dərinləşdirdiyi, özünə qardaş hesab etdiyi yaxın müttəfiqi Ermənistan tərəfindən məscidlərin təhqir olunmasına göz yumdu. İranın İslam aləminə belə liderlik iddiası var idisə, elə İrəvanda, Şuşada Ermənistanın “humanist” obrazını qorumaqdan ötrü məscidləri bərpa etmək əvəzinə müqəddəs yerlərdə donuz saxlanılanda sinəsini qabağa verəydi. İran belə müsəlman dəyərlərinə dəyər verən ölkə idisə, niyə Xocalı soyqırımı törədən caniləri Koçaryanı, Sarkisyanı bağrına basırdı? Azərbaycan xalqı hər şeyi aydın görür.
Regionda hər zaman erməni təəssübkeşliyi çəkən İranın əsl simasını xalqımız 44 günlük Vətən müharibəsi ərzində daha da yaxşı tanıdı ki, haqq savaşımız zamanı İran Ermənistanı durmadan silahlandırırdı.
Ölkəsində baş verən xaosu səngidə bilməyən İran daxili auditoriyanın fokusunu regional dövlətlərlə süni ədavət yaradaraq ora çəkməyə çalışır, bununla da öz cəmiyyətini manipulyasiya edir. İran ermənipərəst və anti-Azərbaycan siyasət yürüdür, əslində isə İran İslam dinini də yanlış aşılayıb ölkə əhalisini istibdada məruz qoyur, elə anti-İslam, anti-müsəlman siyasət yürüdən dövlətin özü İrandır ki, dindən alət kimi istifadə edir. İnsanlar artıq mövcud teokratik idarəçilikdən, orta əsr təfəkküründən, qeyri-insani rəftardan bezib.
Ermənistan tərəfindən nə zaman sülh müqaviləsi bağlamağın mümkünlüyü ilə bağlı müsbət fikirlər səslənirsə, İran dərhal əl-ayağa düşür. İranın Azərbaycana qarşı hədələr səsləndirməsi yolverilməzdir. Ölkə əhalisinə sərf olunmalı vəsait, ölkənin sərvəti terrorun maliyyələşdirilməsinə xərclənir. Bu əməllər İranın dünyada terroru dəstəkləyən ölkə imicinə gətirib çıxardıb. Bu azmış kimi İran ölkəmizdə də “ 5-ci kolonun” formalaşdırılmasına böyük vəsaitlər ayırır, sadə vətəndaşların beynini yuyur, onlardan milli maraqlarımızın əleyhinə çıxış etmələri üçün istifadə edir.
İranda yaşayan azərbaycanlıların bu günə qədər də öz dillərində təhsil almaq hüququ yoxdur. Ermənilərə öz dillərində mətbu orqanlarının fəaliyyət göstərilməsinə icazə verilməsinə və onlara geniş plarformaların təqdim edilməsinə baxmayaraq, azərbaycanlıların istənilən birlik ya da təşkilat yaratması dərhal dövlətə və hakimiyyətə qarşı təhdid kimi qiymətləndirilir, azərbaycanlılar təqib olunur. Azərbaycanlılar ana dilində təhsil almaq, yazmaq hüququna həsrət qoyulublar.
İran unutmamalıdır ki, öz daxilində başlayan xaosa əlavə olaraq regionda təhlükəsizliyin qorunmasına və sülhün təmin olunmasının əksinə istiqamətlənən istənilən məkirli planın ziyanı elə ilk növbədə onun özünə və müttəfiqinə dəyəcək. İstənilən uçqunun altında əziləcək regional aktor məhz İran və Ermənistan olacaq.
Şəbnəm HƏSƏNOVAPolitoloq
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...