İran gözlənilmədən Türkiyə ilə sərhədə qoşun yerləşdirib
09
okt
2019
15:11
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İran ordusu xəbərdarlıqsız ölkənin şimal-qərbində, Türkiyəylə sərhəddə hərbi təlimlərə başlayıb.BAKU.WS xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Manevrdə sürətli cavab və hücum hərbi birləşmələri, o cümlədən hava qüvvələrinin bir hissəsi olan helikopterlər iştirak edir. Təlimlər Türkiyənin Suriyanın şimalındakı hərbi əməliyyata hazırlaşması fonunda keçirilir."Reuters" qeyd edir ki, İran prezidenti Həsən Ruhani Ankaranı təmkinliliyi göstərməyə və qonşu ölkənin ərazisində döyüş hərəkətlərindən çəkinməyə çağırıb. Onun sözlərinə görə, Türkiyə öz sərhədləri haqqında narahat olmaq hüququna malikdir, ancaq bu istiqamətdə düzgün yol seçilməlidir.
Oxşar xəbərlər
Ərdoğan, Putin və Ruhaninin Ankara görüşündə razılıq əldə olundu - FOTOLAR
Dünən Türkiyə-Rusiya-İran üçlü zirvə görüşündə Suriya məsələsi müzakirə edilib.BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, görüşdə Suriyanın suveren...