İran dövlət teleradioyayım şirkətinə haker hücumu oldu
Cümə axşamı İranın dövlət yayım şirkəti olan İRİB-ə daxil olan bir neçə televiziya və radio yayım stansiyaları kiberhücuma məruz qalıb.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
İRİB-in “Birinci Kanal”ında canlı yayım zamanı efir bir anlıq dayanıb və ekranda terror təşkilatlarından birinin liderinin şəkli peyda olub.
“Ava” radiostansiyasında isə bir neçə saniyə ərzində terrorçuların şüarları səsləndirilib. Oxşar hadisələr İRİB şirkətinə daxil olan “Quran”, “Payam” və “Cavan” radiostansiyalarında da baş verib.
Şirkətin texniki direktor müavini Reza Əli Dadi bəyan eidb ki, hücum “İranın infrastrukturuna zərbə endirmək cəhdidir”.
Faktla bağlı araşdırmalara başlanılıb.
Oxşar xəbərlər
İran prezidentinin səhvləri ciddi müzakirə mövzusuna çevrilib - VİDEO
Son aylar İran mediasının və ictimai şəbəkə istifadəçilərinin diqqət mərkəzində olan və müxtəlif cəhətlərdən müzakirə edilən mövzulardan biri də ölkə prezidenti...