İran diplomatından Azərbaycanla bağlı cəfəng iddia

İran diplomatından Azərbaycanla bağlı cəfəng iddia
Siyasət 196

"Biz ağıllı şəkildə İranın Qafqazdakı mövcudluğunu möhkəmləndirə və regionu öz maraqlarımıza yaxınlaşdıra bildik".

"Azad İran" "Telegram" kanalı xəbər verir ki, bunu İranın Bakıdakı keçmiş səfiri Seyid Abbas Musəvi sələfi Möhsün Pakayinin "Qarabağ münaqişəsi" adlı kitabının təqdimat mərasimində deyib.

"İran İslam Respublikası həmişə öz prinsipləri əsasında hərəkət edib - bunlar separatizmə qarşı çıxmaq və zorakılıqla mübarizə kimi ali rəhbərin xarici siyasətimizdə elan etdiyi və Tehranın inandığı prinsiplərdir. Amma İran öz siyasətində qətiyyətlə dayandı və mən hiss edirəm ki, Azərbaycan tərəfi bir çox həqiqətlərin açıqlanmasında maraqlı deyildi. İlham Əliyev və Ərdoğan "3+3" formatında təşəbbüsün onlara aid olduğunu hesab etsələr də, əslində, bu təşəbbüsü İran İslam Respublikası formalaşdırıb. Biz region ölkələrini sülh ətrafına yönləndirə bildik".

"Azərbaycan qonşu dövlətlərdən birini işğal etmiş bir ölkə idi", - deyə İran səfiri sərsəm iddia irəli sürüb.

Son xəbərlər