Ramzan Kadırovun 18 yaşlı oğlu nazir oldu - FOTO
Çeçenistanın başçısı Ramzan Kadırovun böyük oğlu, 18 yaşlı Axmat respublikanın gənclərlə iş üzrə naziri vəzifəsinə təyin edilib.
BAKU.WS “Oxu.Az”a istinadən xəbər verir ki, bu barədə ölkə parlamentinin rəhbəri Maqomed Daudov məlumat verib.
Onun sözlərinə görə, 18 yaşlı gənc, həmçinin, regionun ali mükafatına - respublikanın keçmiş rəhbəri olan babasının şərəfinə təsis edilmiş “Axmat Kadırov adına Orden”ə layiq görülüb.
“Axmat özünü istənilən işə məsuliyyətli və səriştəli yanaşması ilə seçilən effektiv lider kimi sübut etdi! O, belə qısa müddət ərzində bir çox yaddaqalan tədbirlər təşkil edərək gənclər siyasətinə mühüm töhfə verib”, - deyə Daudov vurğulayıb.
Oxşar xəbərlər
Kadırovun yüksək vəzifəyə təyin olunan 15 yaşlı oğlu barədə MARAQLI FAKTLAR - FOTO/VİDEO
Rusiyanın Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun 15 yaşlı oğlu Adam Kadırov ötən gün yüksək vəzifəyə təyin olunub. BAKU.WS xəbər verir ki, Adam Kad...