Ramiz Mehdiyevin kürəkəni: "Bunu özbaşıma necə edə bilərəm?!”
“Namizədliyim təmsil olunduğum partiya tərəfindən irəli sürülməlidir. Mən özbaşıma növbəti seçkilərə necə qatıla bilərəm?!”.
BAKU.WS modern.az-a istinadən xəbər verir ki, bu sözləri beşinci çağırış Milli Məclisin deputatı İlham Əliyev deyib.
O, bildirib ki, yalnız etimad göstəriləcəyi halda seçkilərə qatıla bilər:
“Mən YAP-çıyam. Partiyamızın sədri var. Partiyamızın sədri, hörmətli cənab Prezident İlham Əliyev tərəfindən etimad göstəriləcəksə, mən də seçkilərə qatılacam. Etimad göstərilməyəcəksə, qatılmayacam”.
Qeyd edək ki, İlham Əliyev Milli Məclisin IV və V çağırış deputatı olub. Yeni Azərbaycan Partiyası tərəfindən 56 saylı Xaçmaz kənd seçki dairəsindən deputat seçilib. O, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin kürəkənidir.
Oxşar xəbərlər
Prezidentin icra başçısı təyin etdiyi Rüstəm Xəlilov kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rüstəm Gülabba oğlu Xəlilovu Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edib....