Ramiz Mehdiyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvlüyündən çıxarılacaq
Haqqında 4 aylıq ev dustaqlığı qəti imkan tədbiri seçilən, Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvlüyündən çıxarılacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Manset.az-a açıqlamasında Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev bildirib:
"Hər şey qanun çərçivəsində öz həllini tapacaq. Bir nəfər vaxtilə Şuranın üzvü olub, o da təbii ki, qanunla çıxarılacaq. Bizim ölkəmiz hal-hazırda dünya miqyasında, Cənab Prezidentin sayəsində ən önəmli yerini tutub. Azərbaycan hüquqi və dünyəvi dövlətdir. Hər bir şəxsə qanunun gücü tətbiq olunub və olunacaq. Buna hər kəs əmin ola bilər. O bir sıra təşkilatların, YAP-ın da üzvüdür. Zamanla və qanunun aliliyi çərçivəsində hər şey həllini tapacaq".
Qeyd edək ki, bir neçə gün əvvəl YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə Ramiz Mehdiyevin partiyadan çıxarılacağını açıqlamışdı.
Oxşar xəbərlər
İlham Əliyev Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədrini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının sədri İqor Sergeyenkonu qəbul ed...