Ramin Məmmədov Cənubi Qafqaz və Gürcüstan Yevangelik-Lüteran kilsəsinin yepiskopu ilə görüşüb
Yeniliklərdən dərhal xəbərdar olun
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyulun 24-də Cənubi Qafqaz və Gürcüstan Yevangelik-Lüteran kilsəsinin yepiskopu Rolf Bayars ilə görüşüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, görüş zamanı Azərbaycandakı dinlərarası harmoniya, tolerantlıq və multikulturalizm ənənələri barədə fikir mübadiləsi aparılıb.
Dini icmalara dövlət tərəfindən göstərilən dəstək, konfessiyalar arasında qarşılıqlı hörmətin təşviqi istiqamətində atılan addımların dini müxtəlifliyin qorunub saxlanılmasında mühüm rol oynadığı qeyd edilib.
Bildirilib ki, Azərbaycanın dinlərarası dialoqa verdiyi töhfələr nümunəvi xarakter daşıyır. Uğurlu multikulturalizm və tolerantlıq modelinə malik ölkəmizin bu sahədəki nailiyyətləri bütün dünyada maraq doğurur.
Söhbət əsnasında ölkədəki bütün dini konfessiyalara, o cümlədən lüteran icmasına göstərilən diqqət və qayğıdan məmnunluq ifadə edilib.
Qeyd edək ki, görüşdə Almaniyanın Yena şəhərindəki Yevangelik lüteran dini icmasının üzvü, Xilaskar Yevangelik Lüteranların Bakı dini icmasının pastoru Lemke Qothard Günter Valter və "Xilaskar" Yevangelik-Lüteranların Bakı Dini icmasının sədri Vera Nesterova da iştirak ediblər.
Qalereya
Oxşar xəbərlər
Ceyhun Bayramov Türkiyəyə səfər edib
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edib. BAKU.WS apa-ya istinadən xəbər verir ki, Ceyhun Bayramov bu gün Ankarada Türk Dövlətləri Tə...