“Ramazanda ədəbsizlik etməyin” deyib idman zalını zibillədilər - FOTO

“Ramazanda ədəbsizlik etməyin” deyib idman zalını zibillədilər - FOTO
Siyasət 2

Türkiyənin Adana şəhərində qəribə hadisə baş verib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, bir qrup çarşablı qadın yaşadıqları binanın birinci mərtəbəsində fəaliyyət göstərən idman zalına xeyli zibil atıb.

“Ramazanda ədəbsizlik etməyin” deyib idman zalını zibillədilər - FOTO

Onlar bunu salondakı musiqidən və məşq edənlərin geyimlərindən narahat olduqları üçün etdiklərini bildiriblər. Qadınlar “Ramazanda ədəbsizlik etməyin” deyərək idman zalını və ətrafını zibilləyiblər.

Həmin an baş verənlər ətrafdakılar tərəfindən anbaan görüntülənib. Hadisə yerinə polis çağrılıb. Hər iki tərəf bir-birini polisə şikayət edib.

“Ramazanda ədəbsizlik etməyin” deyib idman zalını zibillədilər - FOTO

Son xəbərlər