Rafael Huseynov Milli Məclis sədrinin müavini postuna namizəd olub

Rafael Huseynov Milli Məclis sədrinin müavini postuna namizəd olub.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, parlamentdəki azlığın bu gün keçirilən iclasında Rafael Huseynovun namizədliyi dəstəklənib.
Qeyd edək ki, parlamentdə azlıqda yer alan müxalifət partiyaları arasında ən çox deputat mandatını Vətəndaş Həmrəyliyi Partiyası qazanıb. VHP-ni parlamentdə Rafael Hüseynov, Fəzail İbrahimli və Tənzilə Rüstəmxanlı təmsil edir.
Xatırladaq ki, sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VII çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib.
Oxşar xəbərlər
Paşinyan: ATƏT-in Minsk qrupu heç vaxt faydalı iş görməyib
ATƏT-in Minsk qrupunun fəaliyyətində faydalı heç nə yox idi. BAKU.WS xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib...
