"Quska"nın həbs müddəti uzadıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Yenidən cinayət məsuliyyətinə cəlb edilən "Quska" ləqəbli sabiq deputat Hüseyn Abdullayevin həbsdə saxlama müddəti uzadılıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Binəqədi Rayon Məhkəməsi prokurorun təqdimatı əsasında belə qərar qəbul edib.
Hakim ilkin istintaq hərəkətlərinin aparılmasına hər hansı maneə yaradılmaması üçün H.Abdullayevin həbs müddətinin 3 ay uzadılmasına qərar verib.
Məlumatı "Quska"nın vəkili Ceyhun Yusifov təsdiq edib. Vəkil qərardan tam narazı qaldıqlarını, yaxın günlərdə apellyasiya şikayəti verəcəklərini əlavə edib.
Qeyd edək ki, bu yaxınlarda 6 illik həbs müddəti başa çatan Hüseyn Abdullayevə qarşı yeni ittiham irəli sürülüb. O, bu dəfə cinayət yolu ilə əldə edilmiş xüsusilə külli miqdarda pul vəsaitlərini leqallaşdırmaqda təqsirləndirilir.
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...