Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb

Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Siyasət 53

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) işğaldan azad olunmuş ərazilərimizdə yerli strukturlarının formalaşdırılmasını davam etdirir.

BAKU.WS nazirliyin saytına istinadla xəbər verir ki, Qubadlı rayonunun Xanlıq kəndində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğından Mühafizə bölməsi fəaliyyətə başlayıb. Bölmə xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqla təchiz edilib.

Xatırladaq ki, işğaldan azad olunmuş digər ərazilərdə, o cümlədən Qubadlı şəhərində də FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq yerli strukturları fəaliyyətə başlayıb.

Son xəbərlər