Ağdam rayonunda FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) işğaldan azad edilmiş ərazilərimizdə yerli strukturlarının formalaşdırılmasını davam etdirir.
BAKU.WS-in məlumatına görə, FHN-dən "report"a bildirilib ki, Ağdam rayonu, Qızıl Kəngərli kəndində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğından Mühafizə bölməsi fəaliyyətə başlayıb. Bölmə xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqlarla təchiz edilib.
Xatırladaq ki, bundan əvvəl FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər şəhərlərində və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerli strukturları fəaliyyətə başlayıb.
Oxşar xəbərlər
Bütövlük və azadlıq uğrunda döyüşən igid neftçilər - VİDEO
Şanlı Azərbaycan Ordusu 30 il işğal altında olan torpaqlarını düşməndən azad etdi. Bunun üçün isə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər və...