İqor Korotçenko: “Qarabağ müharibəsində qələbəni PUA-lar deyil, insanlar qazandı” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycanın hərbi zəfəri 2020-ci ilin ən böyük hadisəsidir. Müharibənin nəticələri təkcə Azərbaycanın nüfuzunu deyil, həm də ədalətli olduğunu nümayiş etdirdi”.
BAKU.WS Report-a istinadən xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Bakıda ziyalılarla keçirdiyi görüşdə deyib.
O, Qarabağ məsələsindəki mövqeyinin rəsmi Kremlin baxışı ilə üst-üstə düşdüyünü və Azərbaycanın ərazi bütövlüyü prinsipindən irəli gəldiyini qeyd edib: “Münaqişə başlayandan bəri bunu açıq şəkildə söyləmişəm”.
Ekspertin fikrincə, Qarabağ müharibəsini pilotsuz uçuş aparatları (PUA) yox, insanlar qazanıb: “Bu müharibəni xalq və prezident qazandı. Azərbaycanın Qarabağ müharibəsindəki qələbəsi qanunauyğun oldu”.
Oxşar xəbərlər
İlham Əliyev BBC telekanalına müsahibə verib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniyanın BBC telekanalına müsahibə verib. BAKU.WS AZƏRTAC-a istinadən müsahibəni təqdim edir. - Pre...