Qənirə Ataşova: "Bu gün də məmnuniyyətlə Fətullah Güləndən müsahibə alaram"

Qənirə Ataşova: Bu gün də məmnuniyyətlə Fətullah Güləndən müsahibə alaram
Siyasət 11883

ANS-in tanınmış siması Qənirə Ataşova ölkədən buraxılmaması ilə bağlı yaranmış situasiyanı dəyərləndirib.

BAKU.WS xəbər verir ki, Gununsesi.info-ya açıqlamasında jurnalist yaranmış durumula bağlı rəsmi strukturlardan izahat gözlədiyini deyib: "Mənim ölkədən çıxışıma qadağa qoyulması məntiqsizlikdir. Mən istəsəydim elə ABŞ-da qalardım. ANS-in bağlanmasından sonra Amerikada fəaliyyət göstərən beynəlxaq hüquq müdafiə təşkilatları, jurnalist qurumları mənə öz köməyini təklif etdi. Ancaq mən öz dövlətimin ədalətinə inanaraq, Azərbaycana dönməyi qərara aldım. Ölkədən çıxarkən, məni geri qaytardılar. Nəzərə alsaq ki, mən Avropaya deyil, Türkiyəyə gedirdim. Bu lazımsız idi”. Q.Ataşova deyir ki, hüquqlarının müdafiəsi üçün qanuni üsullardan yararlanacaq: "Hazırda vəkil bu məsələni hüquqi yolla araşdırır. Qadağadan sonra iki ay müddətində mən qanunun imkan verdiyi bütün prosedurları keçdim. Bu yolla heç bir cavab ala bilməyəndən sonra məcbur olduq ki, hüquqi prosedurlara baş vuraq. Vəkilin əldə etdiyi bu sənəd ortadadır. İndi görürəm ki, baş prokurorun müavini Rüstəm Usubov, Respublika Prokurorluğunun mətbuat xidməti və ANS rəhbərliyi fərqli-fərqli fikirlər səsləndirir. Ortada qarışıq situasiya var. Əgər cinayət işi açılmayıbsa, nədən mənim vəkilimə bu sənəd verilib? Buna kimsə aydınlıq gətirməlidir. Belə çıxır ki, mənə verilə sənəd saxtadır. Əgər saxtadırsa, niyə insanın taleyi ilə oynamağa qalxırlar? Bildirirlər ki, ANS rəhbərliyinin ölkədən çıxışına qadağa yoxdur. Qadağa yoxdursa, o zaman heç bir vəzifəsi olmayan mənim kimi adi bir jurnalistin aeroportda qarşılaşdığı o mənzərə nə idi? Buna bir nəfər aydınlıq gətirməlidir. Jurnalist olsam da, bir çox məsələləri ictimailəşdirmədən, sakit şəkildə həll etməyə çalışmışam. Ancaq görürəm ki, susduqca, mənim haqqıma girirlər, mənim haqqım əlimdən alınır. Nədən bir vətəndaş olaraq mənim hüquqlarım tapdanılmalıdır? Mən jurnalist olaraq bütün dünya jurnalistlərinin iştirak etdiyi mətbuat konfransında iştirak etmişəm. Dünyanın axtardığı adamın mətbuat konfransına girib ona lazımi sualı yerində vermişəm. Bu gün də məmnuniyyətlə, Fətulla Güləndən müsahibə alaram”. Jurnalist onu da bildirib ki, ölkədən çıxışının qadağan olunması səbəbindən xaricdən ona gələn iş təklifini də itirməli olub:

"Mənim burada iş imkanlarım məhdud olduğundan Türkiyə rəsmiləri tərəfindən işə dəvət olundum. Əgər mən təhlükəli insan idimsə, nə üçün Türkiyə tərəfi məni işə dəvət edirdi? Mən orada jurnalistika və diaspora fəaliyyəti ilə məşğul olmalı idim. Onlar istəyirdilər ki, mən orada Azərbaycan, Türkiyə və ABŞ arasında diaspora fəaliyyətində aktiv olum, jurnalist olaraq bu sahə üzrə ixtisaslaşım. Çünki onlar görürdülər ki, mən bu sahədə aktivəm. Mən Amerikada olduğum zaman Türkiyə diasporası ilə çox sıx işləyirdim. Bu istiqamət üzrə işə çağırıldım. Ölkədən isə mənim çıxışıma qadağa qoydular. Əgər mən Türkiyə hökuməti üçün təhlükəli idimsə, onlar məni niyə işə çağırırlar?”

BAKU.WS

Son xəbərlər