QMİ sədri: II Qaregin mövqeyini dəyişərsə, dini liderlərin Bakıda keçiriləcək görüşünə dəvət edə bilərik
Yeniliklərdən dərhal xəbərdar olun
Bütün ermənilərin katolikosu II Qaregin mövqeyini dəyişərsə və Qarabağın Azərbaycan torpağı olduğunu qəbul edərsə, onu dini liderlərin bu ilin sonunda Bakıda keçiriləcək görüşünə dəvət edə bilərik.
"Report" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə "Təzəpir" məscidində bayram namazı qılınandan sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, erməni kilsəsi Qarabağın Azərbaycan torpağı olduğunu qəbul etmək istəmir: "Hazırda erməni kilsəsi iftiralar yayır, revanşizmi təbliğ edir. Ümid edirəm ki, heç kim bu iftiralara uymayacaq. Erməni kilsəsi bu gün xarici havadarlarının sifarişi ilə işləyir. Əgər kilsə mövqeyini dəyişərsə, II Qaregini dini liderlərin Bakıda keçiriləcək görüşünə dəvət edə bilərik".
Oxşar xəbərlər
Bir qrup hərbu qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...