“Qisas” cavab əməliyyatından sonra nəzarətimizə keçən YÜKSƏKLİK - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəklikləri nəzarətə götürüb.
BAKU.WS xəbər verir ki, bu barədə ötən gün Müdafiə Nazirliyi məlumat yayıb.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov Sarıbaba dağı ilə bağlı "Facebook"da paylaşım edib. O bildirib ki, fotonu bu ilin yanvarında dağın şimal-qərbindən – doğulduğu Mayıs kəndindən, təxminən 20 km məsafədən çəkib:
"Sarıbabanın görünən tərəfi Laçındır. Arxası isə Şuşa rayonunun ərazisidir. Dünənki əməliyyatda dağın arxası da çaqqallardan təmizlənib.Ordumuza eşq olsun!
Allah bütün şəhidlərimizə rəhmət eləsin".
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...