Qırğızıstandan işğaldan azad edilmiş yaylaqlara daha 116 baş yak gətirilib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Qırğızıstan Prezidenti Sadır Japarovun azərbaycanlı həmkarı İlham Əliyevə şəxsi hədiyyəsi olan 101 baş yak və onların 15 balası ölkəmizə gətirilərək işğaldan azad edilmiş Kəlbəcər rayonunda təbiətə buraxılıb.
BAKU.WS bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, heyvanlar Qırğızıstanın Narın rayonundan xüsusi nəqliyyat vasitələri ilə Bişkekə gətirilib, oradan təyyarə ilə Gəncə şəhərinə yola salınıb. Seçilmiş heyvanlardan 82-si dişi, 19-u erkək olub. Beş günlük karantin rejimi dövründə seçilmiş dişi yaklardan 15-i balalayıb. Doğulan buzovlardan 6-sı erkək, 9-u isə dişidir. Doğulan balalar da digər heyvanlarla birlikdə Azərbaycana göndərilib.
Təyyarə ilə Gəncə Beynəlxalq Hava Limanına gətirilən yaklar burada xüsusi maşınlarla Ağdərə yolu ilə Kəlbəcər yaylaqlarına aparılıb. Qazxan yaylağında təbiətə buraxılan yakların həm buradakı sürüyə, həm də yerli təbiətə uyğunlaşması prosesi davam edir
Qalereya
Oxşar xəbərlər
Ağdərə rayonuna Ağdam, Kəlbəcər və Tərtərdən hansı kəndlərin veriləcəyi məlum olub - YENİLƏNİB
Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək mərkəzi Ağdərə şəhəri olmaqla inzibati sərhədlər daxilində Ağdərə...