Qırğızıstan səhəri atışmalarla açdı: Terrorçu məhv edildi - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Qırğızıstanın Çuy vilayətinin Dmitriyevka kəndi bu səhəri atışmalarla açıb. Belə ki, qadın mədrəsəsində gizlənən silahlı dəstə ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında atışma olub.
BAKU.WS Qırğızıstan mətbuatına istinadən xəbər verir ki, hazırda ərazidə Qırğızıstan MTN və Daxili İşlər Nazirliyi xüsusi əməliyyat keçirir.
Qeyd olunur ki, komandolar müqavimət göstərən silahlı terrorçunu məhv ediblər.
Onun meyiti mikroavtobusla daşınıb.
Hüquq-mühafizə orqanlarının iki əməkdaşı yaralanıb.
Həmçinin Dmitrievka kəndinə gedən yol hər iki tərəfdən bağlanıb.
Məlum olub ki, məhv edilmiş terrorçu üç gün əvvəl Oşdan Dmitriyevka kəndinə gəlib.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...