Qırğızıstan-Çin sərhədində 6,2 bal gücündə zəlzələ olub

Qırğızıstan-Çin sərhədində 6,2 bal gücündə zəlzələ olub
Siyasət 61

Qırğızıstan və Çin sərhəddində 6,2 bal gücündə zəlzələ baş verib, təbii hadisəni Alma-Ata sakinləri də hiss ediblər.

BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin “Seysmoloji Təcrübə-Metodiki Ekspedisiyası” məlumat yayıb.

Məlumata görə, təbii hadisənin episentri Alma-Ata şəhərindən 261 km cənub-şərqdə, Çin və Qırğızıstan sərhədində, zəlzələ ocağı 25 km. dərinlikdə yerləşib.

Seysmoloqların bildirdiyinə görə, zəlzələ Alma-Atada 2-3 bal gücündə (MSK-64 şkalası üzrə) hiss olunub. Tələfat və dağıntılar barədə məlumat yoxdur. Şəhər Fövqəladə Hallar Departamentinin mətbuat xidməti qeyd edib ki, zəlzələnin mümkün fəsadlarının müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.

Son xəbərlər