Qırğızıstan bayrağını dəyişir
Yeniliklərdən dərhal xəbərdar olun
Qırğızıstan parlamenti ölkə bayrağının dəyişdirilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib
BAKU.WS xəbər verir ki, bu barədə Parlament Assambleyasının mətbuat xidməti məlumat yayıb.
“Deputatlar “Qırğızıstan Respublikasının dövlət rəmzləri haqqında” Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinə ikinci və üçüncü oxunuşda baxaraq qəbul ediblər”, - deyə məlumatda qeyd olunur.
Təşəbbüsün müəllifləri parlamentin spikeri Nurlanbek Şakiyev və deputat Ulan Primovdur. Dövlət bayrağının elementinin dəyişdirilməsini prezident Sadır Cəfərov da dəstəkləyib.
Buna qədər Qırğızıstan hökuməti günəbaxanla oxşarlığına görə ölkə bayrağındakı günəş şəklinin dəyişdirilməsi ideyasını dəstəkləyib.
Oxşar xəbərlər
2024-cü ildə dünyanı gözləyən təhlükə! - Elektrik kəsintisi, internet...
İlk dəfə günəş partlaması 1859-cu ildə müşahidə edilib və "Karrinqton hadisəsi" adlandırılıb. Günəş alovları günəş ləkələri yaxınlığında maqnit sahəsi xətlərini...