Qəzzada HƏMAS liderlərindən biri öldürülüb

Qəzzada HƏMAS liderlərindən biri öldürülüb
Siyasət 41

İsrail ordusu Qəzza zolağında HƏMAS-ın yüksək rütbəli üzvlərindən birini öldürüb.

BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

İsrail Müdafiə Qüvvələri (IDF) və İsrail Baş Təhlükəsizlik Xidməti (Şin Bet) Yəhudeya və Samariyada terror aktları törətməkdə iştirak edən Qəzza zolağında HƏMAS liderini məhv edib.

İyulun 24-də Qəzza zolağında İDF və Şin Betin birgə əməliyyatı zamanı HƏMAS lideri Nael Səhlin fəaliyyət göstərdiyi əraziyə zərbə endirilib. Bir neçə gün sonra onun öldürüldüyünə dair kəşfiyyat məlumatı alınıb”, - məlumatda deyilir.

Son xəbərlər