Qərbi Azərbaycan Xronikası: "Zuban–Sevan qardaşlığı: Lənkərandan Göyçəyə uzanan izlər"

Qərbi Azərbaycan Xronikası: Zuban–Sevan qardaşlığı: Lənkərandan Göyçəyə uzanan izlər
Video
Siyasət 48

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İsa öncəsi inanclar: "Qız Ana"dan "Ağ Qıza" adlı veriliş hazırlanıb.

Verilişdə Azərbaycan Milli Elmlər Akademiyas Nəsimi adına Dilçilik İnstitutunun Qədim Dillər və Mədəniyyətlər şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İlhami Cəfərsoy iştirak edib. O, Urartu yazılarında Göyçənin ən qədim adı, türk xristian mədəniyyəti, "Eqmiədzin" adının dəyişməsi və digər maraqlı mövzulardan danışıb.

İ.Cəfərsoy bildirib ki, Urartu yazılarında Göyçənin ən qədim adlarına rast gəlmək mümkündür:

"Göyçə gölünün yaddaşı, buradakı adlar, yaşayan tayfalar və əfsanələr zəngindir. Sevan adı qıpçaqlardan gəlir. Sevan adası və suda itən əlyazmalar, Sevan sahilində batmış monastırda itən böyük yaddaş var".

O əlavə edib ki, ana məbəd sayılan "Eqmiədzin" adı erməniləşdirilib və oğuzdan qıpçağadək türk xristian mədəniyyəti yayılıb. Kür sahilində qıpçaq izləri mövcuddur.

Professor, həmçinin Zuban-Sevan qardaşlığı, Lənkərandan Göyçəyə uzanan izlər, 1139-cu ildə baş verən Gəncə zəlzələsi və batmış monastırın sirri, "Ağ Qız" mifi, od, su və dəmirin gizli kodu, İsa öncəsi inanclar, "Semiramis" əfsanəsi, "dəmir qızlar"ın türk kökü, gürcüləşmə, erməniləşmə, müsəlmanlaşma, kimlik xəritəsi, "Eqmiədzin" adının dəyişməsi, 1872-ci il qərarının pərdəarxası sirri, Şuşada pəhləvana qəribə elçilik hekayəsi kimi mövzularda maraqlı faktlar açıqlayıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Son xəbərlər