Qərbi Azərbaycan Xronikası: "Meğridə qırğınlar olub, camaatın çoxu Zəngilana qaçıb"
"Baku TV"də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.
BAKU.WS xəbər verir ki, "Meğridə təkcə Lehvaz kəndində ermənilər yaşayırdı" adlı veriliş Zəngəzur mahalı, Meğri rayonu, Lehvaz kənd sakini Cəmilə Babayevanın həyat hekayəsinə həsr olunub.
O, 1962-ci ildə anadan olduğunu, 10-cu sinifi bitirəndən sonra təhsillə əlaqədar Bakıya gəldiyini deyib:
"Uşaqlıqdan daha çox sevdiyim mütaliə idi. Kənddə oxuduğumuz orta məktəb beynəlmiləl məktəb idi. Azərbaycanlı və erməni uşaqlar təhsil alırdılar. Erməni uşaqlarla ana dilimizdə danışırdıq. Ailəmiz 6 nəfərdən ibarət idi".
Onun sözlərinə görə, Tey, Lök kəndlərində böyük qırğınlar olub:
"İnsanları samanlığa, ot yığılan anbarlara, tövlələrə yığıb ağzını bağlayıblar. Camaatın çoxu Zəngilana qaçıb. Azərbaycanlılara qarşı çox etinasız yanaşırdılar. Erməni xislətində bu soyuqluqlar cücərirdi, müsəlmanları sıxışdırırdılar. Meğridə təkcə Lehvazda ermənilər yaşayırdı. Başqa kəndlərdə bir dənə erməni yox idi".
Kənd sakini deyib ki, yay tətillərində rayona, kəndə gedirmiş:
"1987-ci ilin fevralında kəndə getmişdim. Anam dedi ki, nəsə, vəziyyət yaxşı deyil, söz-söhbət gəzir. Kənddə əhval-ruhiyyə sönüb. Yəni kənddəki ermənilər bizə qarşı çox soyuq münasibət göstərirdilər. 1988-ci ildə Naxçıvandan gələn avtobusların, toy maşınlarının qabağını kəsirdilər. Vəziyyət çox gərginləşmişdi. Kəndin sovet sədri olan Hovik adlı bir erməni məktəbə gəlib hamını kəndin klubuna yığıb demişdi ki, qərar var, hamınız bir nəfər kimi çıxmalısınız. Kimin qohumları vardı, Ordubada gedirdi. Ordubada, İrana gedən yolları bağladılar. Yeganə Zəngilana gedən dəmir yolu qalmışdı. Camaat Zəngilana gəldi, məktəblərdə, anbarlarda, onun-bunun qapısında qaldı. Atam və anam da Zəngilana, oradan da Bakıya gəldilər".
Daha ətraflı linkdə:
Oxşar xəbərlər
Rusiyanın Ermənistana xəbərdarlıqları nə ilə nəticələnəcək?
Ermənistanın baş naziri Nikol Paşinyan İrəvana məxsus dəmir yollarının milliləşdirilməsi və ya üçüncü ölkəyə satılması məsələsini gündəmə gətirdikdən sonra rəsm...