Qərbi Azərbaycan Xronikası: İran ermənilərinin məqsədli yerləşdirildiyi məkan

Qərbi Azərbaycan Xronikası: İran ermənilərinin məqsədli yerləşdirildiyi məkan
Video
Siyasət 117

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "İran ermənilərinin məqsədli yerləşdirildiyi məkan" adlı süjet hazırlanıb.

BAKU.WS xəbər verir ki, bugünkü süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Aşağı Əylənli, Aşağı Əli qrıx, Aşağı Ərmik, Aşağı Zağalı toponimi haqqında söz açılır.

Bildirilir ki, indi adına Ermənistan deyilən Qərbi Azərbaycan bütünlüklə tarixi Azərbaycan ərazisidir: "Tarix boyu burada xalqımızın övladları yaşayıb yaradıblar. 1828-ci il Türkmənçay sülh müqaviləsindən sonra bu yerlərə kütləvi şəkildə köçürülən ermənilər XIX əsrin axırlarından başlayaraq Azərbaycan torpaqlarının yaddaşı olan qədim coğrafi adları dəyişdirməyə başlayıblar".

Vurğulanır ki, izitirmə prosesi sovetlər dönəmində daha geniş şəkil alıb: "Bütün barbarlığa, şovinizmə baxmayaraq, 1991-ci il aprelin 19-na qədər Qərbi Azərbaycan toponimlərinin 88 faizini türk mənşəli coğrafi adlar təşkil edib. Əminik ki, bu tarixi gerçəklik gec-tez öz yerini alacaq, ermənilərin uydurduğu qondarma yer-yurd adları əvvəlki adına qovuşacaq".

Qeyd edək ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Son xəbərlər