Qərbi Azərbaycan, Qarabağ və Şərqi Zəngəzurda yer adlarının bərpası üçün xəritə hazırlanacaq
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycan İcması ilə birgə həm Qərbi Azərbaycanda, həm Qarabağda, həm də Şərqi Zərgəzurda adları dəyişdirilən toponimlərə yeni adların verilməsi, yaxud tarixi adlarının qaytarılması üçün xəritə hazırlanacaq”.
BAKU.WS xəbər verir ki, bunu report-a açıqlamasına Milli Məclisin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, sözügedən məsələlərlə əlaqədar AMEA-dan alimlər cəlb ediləcək və bu işlə məşğul olan institutlar öz köməkliklərini göstərəcəklər.
S.Novruzov həmçinin xatırladıb ki, bununla bağlı qanunvericilik təşəbbüsü Prezident İlham Əliyevə məxsusdur: “Belə məsələlər məhz dövlət başçısının təqdimatı ilə Milli Məclisin Regional məsələlər komitəsində baxılıdıqdan sonra parlamentdə müzakirəyə çıxarılır və bundan sonra qərar qəbul edilir”.
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...